Masallı şəhər 1 saylı məktəbində bahar şənliyi

Mart ayının 15-də R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində Novruz Bayramı ilə bağlı olduqca maraqlı tədbir keçirilib. Məktəbin müəllimləri Ofeliya Qafarova,   Roya Babayeva, Nilufər Gözəlovanın rəhbərliyi ilə hazırlanmış tədbirdə öncə məktəbin direktoru Mirqabil Hüseynov şagirdləri və müəllimləri salamlamışdır. Daha sonra məktəbin oğlanlardan və qızlardan rəqs qrupu, dram kollekivi bir-birində maraqlı reperturla məclisdəkilər şənləndiriblər. Gənc müğənnilər, rəqqaslar, skripkaçılar    maraqlı ifaları ilə yadda qalıb. Müğənnilər İbrahim Bağırov, Tofiq Mikayılov və İldırım Eyvazovun çıxışları dəfələrlə alqışlarla qarşılanmışdır. Gənc skripkaçılar Nuran Ələkbərov və Mehman Qurbanovun birlikdə və solo ifa etdikləri mahnılar orişinallığı ilə yadda daha çox qalmışdır. Masallının tanınmış aktyoru Cəmalləddin Hüseynovun öz Kosa” və “Keçəl i” ilə birlikdə göstərdiyi səhnələr tamaşaçıların böyük marağına səbəb olub.