Məktəbimiz kimsəsizə yardım etdi


DSCN0282
Belə yardımlar şagirdlərin yardım kompaniyası vasitəsi ilə davam edəcək
Bu günlərdə “Cənub xəbərləri” qəzetində  Masallı rayonun İsgəndərli kəndində yaşayan  olduqca kasıb bir ailə haqqında məlumat verilmişdi. Məlumatda deyilir ki, 5 uşaq anası olduqca kasıb vəziyyətdə yaşayır. Uşaqların imkanı olmadığı üçün heç məktəbə də getmirlər. Bu yazını oxuyan kimi məktəbin direktoru Mirqabil Hüseynovun təşəbbüsü ilə məktəbdə yardım komissiyası yaradıldı. Ərzaq və geyim tədarük edildi. Məktəb yaşlı 2 uşaq üçün məktəbli forması və “vodolska” alındı. Məktəbin müəllimləri həmin yardımı həmin kasıb ailəyə – Həbiubə Qasımovanın ailələrinə çatdırdılar. Həmin ailəyə yardımlar davam edəcək.