Məktəbimizin kimsəsizə yardımı davam edir


DSCN0287


Xəbər verdiyimiz kimi dünən məktəbimizin yardım komissiyası imkansız ailə – 5 uşaqla ağır vəziyyətdə yaşayan Həbibə Səlimovaya ərzaq, məktəbli forması və digər geyimlər hədiyyə etmişdi. Bu gün həmin yardım komissiyası işinə davam edib. Məktəbin direktoru Mirqabil Hüseynovun rəhbərliyi ilə məktəbin müəllimləri –  Səbirə Əbilova və Aybəniz Əliyevanın iştirakı ilə daha bir yardım aksiyasına həyata keçirmiş – həmin ailəyə əlavə ərzaq və paltar yardımı göstərmişdir.